Bakı. Trend:
Quş qripi xəstəliyinə qarşı fevralın 10-14-də növbətiepizootoloji monitorinq keçiriləcək.
Trendxəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi(AQTA) məlumat yayıb.
Bildirilib ki, monitorinq zamanı ovçuluq təsərrüfatlarının vəmilli parkların su-bataqlıq, dənizsahili zonalar və digərərazilərini əhatə etməklə yanaşı, vəhşi quşlara ümumi baxışkeçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşiquşlar ovlanacaq və bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluqmüəssisələrində o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki)ailə təsərrüfatlarında saxlanılan ev quşlarından diaqnostiknümunələr götürüləcək.
Bundan başqa ölkə üzrə müəssisələrə, təsərrüfatlara, suhövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq normavə qaydalarına əməl olunması üçün məqsədyönlümaarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək vəepizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.
Tədbir müddətində götürülmüş nümunələrin müvafiq müayinələriaparılacaq.