1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk ispaniyalı sağ cinah hücumçusu Marko Asensio ilə danışıqlar üçün Fransaya yollanıb.
Oxu.Az "Fanatik"ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu PSJ-də əsas heyətdə çıxış edə bilməməsindən narazı olduğu üçün Fransa klubundan ayrılmaq qərarına gəlib.
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk hücumçu Marko Asensionu razı salmaq üçün Fransaya səfər edəcək.
Qeyd edək ki, Marko Asensio bu mövsüm PSJ forması ilə çıxdığı 16 oyunda cəmi iki qol və dörd məhsuldar ötürmə edib.