AZ

Nohurgöldə meyiti tapılan şəxs alimin oğlu imiş

3 gün əvvəl Qəbələ rayonundakı Nohur gölündə meyiti tapılan 40 yaşlı İlham Qəribli tanınmış şəxsin oğlu imiş.

Demokrat.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, bədbəxt hadisə nəticəsində dünyasını dəyişən şəxs AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor İslam Qəriblinin oğludur.

Bildirilir ki, İlham Qəriblinin meyiti üzərində hər hansı zorakılıq əlaməti aşkar edilməyib. Onun ilin soyuq aylarında su hövzələrində üzməyi sevdiyi bildirilib və Nohur gölündə üzərkən boğularaq öldüyü ehtimal edilir.

Hadisənin konkret səbəbi hələlik məlum deyil. İ.Qəriblinin itkin düşməsi xəbəri yayıldıqdan sonra gölün kənarından onun şəxsi əşyaları tapılmışdı.

Seçilən
12
10
demokrat.az

10Mənbələr