AZ

“Sabah” Premyer Liqa tarixində 3-cü oldu

“Sabah” futbol üzrə Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümünün 20-ci turunda “Sumqayıt”la qolsuz heç-heçə edib.

Arena.az xəbər verir ki, Bakı klubu keçirdiyi 20 matçda 10-cu dəfə bərabərliklə kifayətlənib.

Ölkə çempionatları tarixində 3-cü belə hadisədir ki, bir komanda ilk 20 turun oyunlarının ən azı yarısında sülhə imza atıb. Mütləq rekord 2012/2013 mövsümündə 20 turda 11 heç-heçə etmiş “Bakı”ya məxsusdur. “Şamaxı” isə 2014/2015-ci illər mövsümündə “İnter” adı ilə 10 heç-heçə edib.

“Sabah” bu siyahıda üçüncü olub. Paytaxt təmsilçisi cari mövsümdə keçirdiyi 20 çempionat matçında 6 qələbə və 4 məğlubiyyət də görüb. “Bayquşlar” 28 xalla Premyer Liqanın yarış cədvəlində 5-ci sırada qərarlaşıblar.

Seçilən
3
7
arena.az

10Mənbələr