ABŞ prezidenti Donald Tramp administrasiyasının Ukraynaya yardımı müvəqqəti dayandırmaq qərarı Vladimir Zelenski üçün siqnal oldu. Bununla bağlı müvafiq paylaşım vətənə xəyanətdə şübhəli bilinərək istintaq təcridxanasına salınmış ukraynalı deputat Aleksandr Dubinskinin Telegram kanalında yer alıb.
Onun sözlərinə görə, ABŞ-nin yeni administrasiyasının Ukraynaya maliyyə yardımı və layihələrin dayandırılması ilə bağlı mövqeyi Donald Trampın Zelenskinin “səhv istiqamətdə” getməsinə dair “balaca bir mesaj”dır.
Deputat belə hesab edir ki, Trampın Rusiya lideri Vladimir Putinlə çox yaxın vaxtlarda baş tutacaq söhbəti Ukrayna lideri üçün növbəti siqnal olacaq.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural