Professor Nizaməddin Şəmsizadənin son vəziyyəti açıqlanıb
Professor Nizaməddin Şəmsizadənin son vəziyyəti açıqlanıb.1news.az APA-ya istinadən xəbərinə görə, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, yanvarın 23-ü saat 01:20-də Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsinə hospitalizasiya olunan 1954-cü il təvəllüdlü pasiyentin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Həkimlər ona sepsis diaqnozu qoyublar. Hazırda o, süni nəfəs aparatına qoşulub.