AZ

Kolumbiya ABŞ mallarına cavab rüsumları tətbiq edir

Respublika Prezidenti Qustavo Petro Amerika mallarını yerli istehsal məhsulları ilə əvəz etməyə çağırıb.

Turkustan.az xəbər verir ki, Kolumbiya prezidenti Qustavo Petro ABŞ mallarına cavab rüsumları tətbiq edəcəyini bildirib.
"Mən Xarici Ticarət Nazirinə ABŞ-dan idxala tarifləri 25% artırmağı tapşırmışam" -deyə, Kolumbiya prezidenti X-də yazıb.

"Qiymətləri qalxacaq Amerika mallarının yerli istehsal məhsulları ilə əvəzlənməsi lazımdır və hökumət buna kömək edəcək", - Petro əlavə edib.

O, həmçinin qeyd edib ki, Xarici Ticarət Nazirliyi Kolumbiyanın ixracatını dünyanın digər ölkələrinə yönəltməyə kömək etməlidir.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
16
turkustan.az

1Mənbələr