AZ

Canavarlar kəndə hücum etdi: çoban iti qarşılarında belə dayandı– ANBAAN VİDEO

Kəndlərdən birinə hücum edən ac canavarlar iti parçalamaq istəyib

Türkiyənin Ərdahan vilayətində baş verən hadisə anbaan kameraya düşüb. AzPost Türkiyə mətbuatına istinadla xəbər verir ki, kəndlərdən birinə hücum edən ac canavarlar iti parçalamaq istəyib. İt canavar sürüsünə cəsarətlə müqavimət göstərib.

Qeyd edək ki, qışın sərt keçdiyi Ərdahanda yemək tapmaqda çətinlik çəkən canavarlar ara-sıra yaşayış məntəqələrinə hücum edirlər. Ötən gün lentə alınan görüntü izləyiciləri dəhşətə gətirib. Kadrlarda gecə yarısı canavar sürüsü tərəfindən hədəf alınan itin hücumlara qarşı çıxmağa çalışdığı görünür. İtin qışqırığına oyanan sahibi gördüyü mənzərə qarşısında heyrətlənib.

Xatırladaq ki, Saatlıda canavarlar kəndə hücum edib, 14 baş xırdabuynuzlu heyvanı parçalayıb, 8-ni yaralayıb.

İqtisadiyyat.az-ın report.az-a istinadən məlumatına görə, hadisə səhər saat saatlarında rayonun Qaranuru kəndində qeydə alınıb.

Belə ki, bir neçə canavar kənd sakini İlham Şirəliyevə məxsus təsərrüfata hücum edib. Qəhəldə saxlanılan xırdabuynuzlu heyvanlardan 14-nü parçalayıb, 8-ni isə yaralayıb.

Bu barədə baytarlıq şöbəsinə məlumat verilib.

Hadisə yerinə gələn baytarlar tərəfindən ərazidə dizinfeksiya işləri aparılıb, yaralı heyvanlara isə vaksin vurulub.

Seçilən
3
42
azpost.info

10Mənbələr