ABŞ Livan və İsrail arasında atəşkəs razılaşmasının təxminən 3 həftə daha uzadıldığını açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, Ağ Evin yazılı açıqlamasında deyilir:
“ABŞ-nin nəzarətində olan Livan və İsrail arasında barışıq 18 fevral 2025-ci ilə qədər qüvvədə qalacaq”.
Bəyanatda 7 oktyabr 2023-cü il tarixindən sonra əsir götürülən livanlı məhbusların ekstradisiyası üçün Livan, İsrail və ABŞ hökumətləri arasında danışıqlara başlanılacağına dair məlumatlar da yer alıb.
Livanla atəşkəs razılaşmasına baxmayaraq, İsrail ordusu işğal etdiyi ərazilərdən geri çəkilməyib, ötən gün həyata keçirilən hücumlarda 22 nəfər ölüb, 124 nəfər yaralanıb.