Bakı. Trend:
Təbii qaza tələbatının ödənməsində Rusiyadan asılılıqdanqurtulan Avropa İttifaqı indi yeni "məngənə"yə - Şimali Afrika vəABŞ-dən alınan təbii qazdan asılı vəziyyətə düşmək istəmir. Brüsselvə Strasburq çox aktiv şəkildə yeni təminat mənbələri, yenisatıcılar arayırlar.
Sözügedən arayışlarda Azərbaycan və Türkiyə "qoca qitə" üçünprioritet ölkələrdir. Səbəblər bəlli: Bakı və Ankara stabil,etibarlı və sözlə əməli arasında uçurumlar müşahidə olunmayantərəfdaşlardır.
... Türkiyə Kiprlə bağlı yaranmış gərginlik səbəbindəndayandırılmış əvvəlki müzakirələrdən sonra Avropa İttifaqı iləenerji danışıqlarını bərpa etmək üçün diplomatik müzakirələrəbaşlayır. Məqsəd Avropa İttifaqı üçün təbii qazın əsastəchizatçılarından birinə çevrilməkdir.
Bazar günü POLITICO-ya verdiyi açıqlamada Türkiyənin Aİ-dəkisəfiri Faruk Kaymakcı bildirib ki, enerji sahəsində əməkdaşlıqgündəlikdə əsas mövzulardan biri olacaq və bu, planlaşdırılmışmünasibətlərin istiləşməsi strategiyasının bir hissəsidir. Buprosesə ticarət danışıqları və Şərqi Avropa ilə Yaxın Şərqdəkimüharibələrə dair siyasi əməkdaşlıq da daxil olacaq.
Bu təşəbbüs Aİ-nin bəzi üzv ölkələrinin, o cümlədən Macarıstanvə Slovakiyanın, ilin əvvəlində Ukrayna üzərindən qaz idxalınaimkan verən tranzit razılaşmasının başa çatmasından sonra Rusiyaqazına alternativ axtarması fonunda həyata keçirilir.
"Bizdə Cənub Qaz Dəhlizi mövcuddur", - deyə Kaymakcı vurğulayıb."Əsasən Azərbaycandan gələn 18 milyard kubmetr qazımız var - və bizbunu asanlıqla genişləndirərək Aralıq dənizi qazı ilə birləşdirəbilərik. Bizim bu sahədəki rolumuz və potensialımız gözqabağındadır".
Bununla belə, Türkiyə və Aİ arasında enerji ticarətinə dairyüksək səviyyəli danışıqlar 2019-cu ildə dayandırılıb. Blokliderləri Aralıq dənizində qaz yataqlarının hasilatı ilə bağlıAnkara ilə Kipr arasındakı mübahisəyə görə "yaxın vaxtlarda" heçbir görüşün keçirilməyəcəyini bəyan etmişdilər.
Avropa Şurasının bəyanatına görə, Türkiyə şirkətləri "Kipr ərazisularında" fosil resursları çıxarmağı planlaşdırırdı. Kipr vəYunanıstan da bu zəngin təbii resurslardan faydalanmağı arzulayır,lakin Türkiyənin sərt mövqeyi ilə üzləşirlər.
"Bu potensiala baxmayaraq, 2019-cu ildə qəbul edilən qərarlarsəbəbindən Aİ və Türkiyə arasında enerji dialoqu bloklanıb. Bizbunu hər iki tərəfin itirəcəyi bir vəziyyət kimi görürük", - deyəKaymakcı bildirib. "Türkiyə üç-dörd əsas enerji arteriyasındanbiridir - ondan istifadə edib-etməmək Aİ-dən asılıdır."
Onun sözlərinə görə, hazırda bu məsələnin müzakirəsininbərpasına yalnız Kipr mane olur. "Bəlkə də, Aralıq dəniziningünəşli bölgəsində onlara çox enerji lazım deyil, - səfir əlavəedib. - Ancaq üzv ölkələrin əksəriyyəti daha çox enerji vədiversifikasiyaya ehtiyac olduğunu deyir. Buna görə də bu prosesdavam edəcək".
Türkiyə Avropanın enerji xəritəsində əsas oyunçulardan birinəçevrilmək istiqamətində aktiv fəaliyyət göstərir və strategiyanınəsas elementlərindən biri "Türk Axını" qaz kəməridir. Kəmər, 1yanvar tarixində Ukrayna üzərindən tranzitin dayandırılmasındansonra Rusiya qazının Avropaya çatdırılmasının yeganə marşrutuolaraq qalır.
Prezident Rəcəb Tayyib Ərdoğan ölkəsini regional qaz habınaçevirmək arzusunu uzun müddətdir ifadə edir. Məqsəd qonşuölkələrdən, o cümlədən Azərbaycandan və Rusiyadan qaz idxalınıninteqrasiyasını, eləcə də sahilyanı sularda hasilatıngenişləndirilməsidir.
"Ukrayna və Rusiya arasında tranzit razılaşmasının başaçatmasından sonra 'Türk Axını'nın vacbiliyi əhəmiyyətli dərəcədəartıb", - deyə Almaniya Marşal Fondunun enerji üzrə eksperti KadriTastan bildirib. Onun sözlərinə görə, Avropa bazarındakı qazınyüksək qiyməti Ankaranın mövqelərini gücləndirir, çünki Türkiyədaha çevik təchizat həlləri təklif edə bilər.
Enerji gündəliyi Avropa İttifaqının daxilində gərginlik mənbəyiolaraq qalır. Ukrayna üzərindən tranzitə qismən güvənən Macarıstanvə Slovakiya enerji tələbatlarının təhlükə altına düşdüyünübildirir. Avropa Komissiyasının təchizat böhranının olmadığınıbəyan etməsinə baxmayaraq, Macarıstanın baş naziri Viktor OrbanUkrayna üzərindən qaz tranziti bərpa edilməzsə, Rusiyaya qarşısanksiyaların uzadılmasını bloklamaqla hədələyib.
Avropada təbii qaz üçün alternativ mənbələrə artan tələbatfonunda Ukrayna öz qaz nəqliyyat sistemindən Azərbaycan qazınıntranziti üçün istifadə təklifini irəli sürür. Ukrayna PrezidentiVolodimir Zelenski bu ideyanı Moldova Prezidenti Maya Sandu iləbirgə mətbuat konfransında vurğulayıb və bu məsələnin artıq DavosdaAzərbaycan Prezidenti İlham Əliyevlə müzakirə edildiyini qeydedib.
V.Zelenski bildirib ki, Azərbaycan hər il Avropaya 20 milyardkubmetr qaz tədarük edə bilər. Ukrayna isə, öz növbəsində, tərəflərarasında razılıq əldə ediləcəyi təqdirdə bu qazın tranzitinioperativ şəkildə təmin etməyə hazırdır. "Əgər Avropanın qazaehtiyacı varsa, biz infrastrukturumuzdan istifadə edə bilərik. Ammabu qaz Rusiya mənşəli olmamalıdır", - deyə Zelenski qeyd edib.
Bu təşəbbüs Azərbaycan üçün qaz ixracından gəlirini artırmaqbaxımından yeni perspektivlər açır, Avropanın Slovakiya kimiölkələri üçün isə əlavə qaz təchizatı mənbəyi təklif edir.
Rusiya qazının Ukrayna üzərindən tranzitinin dayandırılmasıbölgənin enerji balansına ciddi təsir göstərib. Moldova vəSlovakiya kimi ölkələr üçün bu addım kəskin siyasi müzakirələrəsəbəb olan bir problemə çevrilib. Bununla belə, Slovakiyanın başnaziri Robert Fitsonun Avropa İttifaqının Ukraynaya yardımınıbloklamaq təhdidi ölkə daxilindəki tənqidlər fonunda ciddimaneələrlə üzləşib.
Azərbaycan qaz ixracını artırmaq potensialına malik olsa da, buyolda bir sıra əngəllər mövcuddur. Azərbaycan artıq Cənub QazDəhlizinin (CQD) inkişafı istiqamətində mühüm addımlar atır. LakinAvropa İttifaqı bir tərəfdən enerji mənbələrinindiversifikasiyasını tələb etsə də, digər tərəfdən fosil yanacaqhasilatı ilə bağlı layihələrə uzunmüddətli investisiyaqoyuluşlarından çəkinir.
Rusiya qaz ixracını yalnız "Türk Axını" vasitəsilə həyatakeçirir və bu kəmərin illik ötürmə gücü təxminən 17,5 milyardkubmetr təşkil edir. Moskvanın Avropa qaz bazarındakı payıəhəmiyyətli dərəcədə azalsa da, Kreml mövcud mövqelərini qorumağaçalışır və Azərbaycanın qazını tranzitlə təmin etmək üçün razılıqverməsi ehtimalı çox azdır.
Azərbaycan qazının Ukrayna üzərindən tranziti məsələsi bölgədəenerji siyasətinin mürəkkəb maraq balansını əks etdirərək müzakirəmövzusu olaraq qalır. Azərbaycanın hər il Avropaya 20 milyardkubmetr qaz ixrac etmək potensialını bəyan etməsinə baxmayaraq,hazırkı tədarük həcmi təxminən 12 milyard kubmetrlə məhdudlaşır. Buhədəflərə çatmaq üçün Xəzər dənizində yeni yataqların işlənməsinəvə Cənub Qaz Dəhlizinin genişləndirilməsinə böyük investisiyalartələb olunur.
Avropa İttifaqı Azərbaycana uzunmüddətli müqavilələr bağlamaqdançəkinərək, bu sahədəki irəliləyişlərə mane olur. Azərbaycanın qazsektoru bu səbəbdən inkişaf üçün zəruri maliyyə dəstəyindən məhrumqalır. Rəsmi Bakı məsələ ilə bağlı mövqeyini bəyan edərəkuzunmüddətli faydaları zəmanətli olmayan layihələrə Azərbaycanıntəkbaşına sərmayə qoymağa hazır olmadığını açıq şəkildə ifadəedib.
Beləliklə, Bakının enerji siyasəti Ukrayna ilə tranzitəməkdaşlığı və Avropa İttifaqının investisiya yanaşması arasındakıbalans gələcək üçün həlledici rol oynayacaq. Hazırda bütün tərəflərarasında geniş razılıq əldə edilməsə, bu təşəbbüsün reallaşmasımümkün olmayacaq.
Azərbaycan qazının Ukrayna üzərindən tranziti yalnız ikissenaridən birinin həyata keçirilməsi ilə mümkündür. Birincissenari Rusiya infrastrukturundan istifadəyə əsaslanır: qaz, SSRİdövründən qalan mövcud boru kəməri vasitəsilə Ukraynaya çatdırılabilər. Bu marşrut revers rejimində illik iki milyard kubmetr qazıntədarükünü təmin edə bilər və əlavə olaraq infrastrukturunmodernləşdirilməsi bu həcmi əhəmiyyətli dərəcədə artıra bilər.
İkinci ssenari isə svop sazişi nəzərdə tutur. Bu sazişçərçivəsində Azərbaycan qazı marşrutun müəyyən hissələrində Rusiyaqazı ilə əvəz edilir. Fəqət Kiyev bu ssenarini qətiyyətlə rəddedir, çünki bu, Rusiya yanacağı ilə birbaşa və ya dolayı əlaqələrəmalik olmaq deməkdir ki, bu da Ukrayna üçün məqbul deyil.
Məsələni daha da çətinləşdirən məqam odur ki, Rusiya həmin borukəmərindən öz qazını Azərbaycan vasitəsilə İrana çatdırmaq üçünistifadə etməyi planlaşdırır. Ali səviyyədə müzakirə edilən bulayihə perspektivdə illik 55 milyard kubmetrə qədər qazın ixracınınəzərdə tutur. Lakin mövcud infrastrukturun olmaması səbəbindəneyni vaxtda həm Rusiya qazının İrana, həm də Azərbaycan qazınınUkraynaya daşınması texniki baxımdan mümkün deyil.
Azərbaycan qazının Ukrayna üzərindən tranzitinin həyatakeçirilməsi yalnız iqtisadi hesablamalardan deyil, həm də iştirakçıölkələrin siyasi iradəsindən asılıdır. Ukraynanın öz qaz nəqliyyatsistemini təqdim etməyə hazır olmasına baxmayaraq, əsas sual budur:Rusiya, rəqiblərin mövqelərini gücləndirən Azərbaycan qazınıntranzitini təmin etməyə razı olacaqmı?
Hazırda Rusiya Avropa qaz bazarının yalnız kiçik bir seqmentiniidarə edir və bu, əsasən, "Türk Axını" boru kəməri vasitəsiləhəyata keçirilir. Bu kəmər hər il təxminən 17,5 milyard kubmetrqazın nəqlini təmin edir. Halbuki 2019-cu ildə "Qazprom" Avropa qaztələbatının yarısını ödəyərək 200 milyard kubmetr qaz ixrac edirdi.Ukrayna üzərindən keçən tranzit də daxil olmaqla marşrutlarınazalması Moskvanın mövqeyini xeyli zəiflədib.
Azərbaycan qazının tranziti məsələsində Moskvanın siyasi qərarıvə regional geosiyasi balansın necə dəyişəcəyi yaxın illərdə buməsələni həll edən əsas amillərdən biri olacaq.
Rəsmi Bakı Cənub Qaz Dəhlizinin (CQD) inkişafına sərmayəyatırmağa davam edir. Bu dəhliz Xəzər regionunu Avropa iləbirləşdirərək strateji enerji marşrutuna çevrilib. Amma illik ixracgücünü 20 milyard kubmetrə çatdırmaq üçün on milyardlarla dollarlıqinvestisiya tələb olunur. Bununla yanaşı, Avropa İttifaqının fosilyanacaq hasilatı ilə bağlı layihələrə maliyyə dəstəyiniməhdudlaşdırması və Avropa şirkətlərinin uzunmüddətli müqavilələrbağlamaqdan çəkinməsi Azərbaycanın bu iddialı planlarınınreallaşdırılmasını şübhə altına alır.
O da məlumdur ki, Avropa ilə dəqiq əməkdaşlıq və maliyyədəstəyinə dair zəmanət olmadan Bakı böyük risklər tələb edən vərentabellik baxımından qeyri-müəyyən olan layihələrə sərmayəqoymayacaq.
Azərbaycan qazının Ukrayna üzərindən tranziti təkcə iqtisadifayda deyil, həm də mürəkkəb geosiyasi məsələdir. Azərbaycan,Ukrayna və Rusiya bu məsələdə fərqli maraqlar güdür və bu maraqlarçox vaxt bir-birinə zidd olur.
Bu təşəbbüsün uğuru yalnız iqtisadi maraqların deyil, həm dətərəflərin geosiyasi mövqelərinin razılaşdırılmasından asılıdır.Bununla yanaşı, infrastrukturun modernləşdirilməsi üçün ciddiinvestisiyaların cəlb edilməsi zəruridir. Xüsusilə AzərbaycanınRusiya ilə münasibətləri və Avropa İttifaqının qaz tədarükünüdiversifikasiya edən layihələrə dəstək verməyə nə dərəcədə hazırolması həlledici rol oynayacaq.
Türkiyə, Azərbaycan və Ukrayna yeni bir "enerji üçbucağı"formalaşdırır. Bu əməkdaşlıq Avropa qaz bazarının gələcəyinəəhəmiyyətli təsir göstərə bilər. Bununla belə, Azərbaycan qazınınUkrayna üzərindən tranziti ilə bağlı layihələrin həyata keçirilməsiyalnız iqtisadi maraqların deyil, həm də geosiyasi maraqlarınuyğunlaşdırılmasını tələb edir.
Türkiyə özünü qaz habı kimi təsdiqləmək istiqamətində mövqeyinigücləndirməyə davam edir. Eyni zamanda, Azərbaycan və Ukrayna həmsiyasi iradə, həm də böyük həcmli investisiyalar tələb edənçətinliklərlə üzləşir.
"Təsir oyunu"nun nəticələri Avropa enerji bazarındakı qüvvələrbalansını yaxın illərdə müəyyən edəcək. Davam edən enerjiqeyri-sabitliyi şəraitində Azərbaycan qazının CQD vasitəsiləgenişlənməsi və Ukrayna üzərindən tranziti beynəlxalq gündəminmühüm mövzusu olaraq qalacaq. Azərbaycanın bu sahədəki qərarlarıregionun enerji təhlükəsizliyinə mühüm töhfə verə bilər.