AZ

Azərbaycanda dini qurumlarla bağlı yeni qanun LAYİHƏSİ

Ölkədə dini durumla bağlı da xeyli təkliflərimiz var.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında komitə sədri Fazil Mustafa deyib.

O qeyd edib ki, qanunvericilikdə bu istiqamətdə çox ciddi dəyişikliklər edilməsi zəruridir.

Komitə sədrinin sözlərinə görə, dini qurumlarla bağlı yeni qanun layihəsi hazırlana bilər: "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə bununla bağlı müzakirələr aparılır. "Müzakirələrin nəticəsi olaraq parlamentin yaz sessiyası dövründə belə bir qanun layihəsi hazırlana bilər".

Fazil Mustafa deyib ki, Gəncə və Naxçıvanda da mövcud dini durumla bağlı səyyar dinləmərlərin keçirilməsi nəzərdə tutulur.

Seçilən
10
4
modern.az

7Mənbələr