Futzal üzrə Azərbaycan milli komandasının Avropa çempionatının əsas mərhələsinin oyunları üçün heyəti açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, millimiz Avropa çempionatının əsas mərhələsi çərçivəsində yanvarın 31-də səfərdə Xorvatiya, fevralın 4-də isə Bakıda Yunanıstanla qarşılaşacaq. Artıq Azərbaycan millisinin bu rəsmi oyunlara hazırlıq üçün heyəti də məlumdur. Yanvarın 27-də və 28-də Bakıda təlim-məşq toplanışı keçirəcək yığmanın düşərgəsinə 3-ü qapıçı olmaqla 15 futzalçı dəvət olunub. Baş məşqçi Vitali Borisov 2 gün davam edəcək məşqlərdən sonra səfərə aparacağı 14 futzalçını müəyyənləşdirəcək.
Komanda yanvarın 29-da Bakı-İstanbul-Zaqreb reysi ilə Xorvatiyaya yola düşəcək.
- Emin Kürdov – Araz-Naxçıvan
- Rövşən Hüseynli – Astana (Qazaxıstan)
- Fərid Abbasov – Baku Fire
- Emil Həsənzadə – Neftçi İK
- Xəzər Ağalızadə – Araz-Naxçıvan
- Tofiq Mikayılov – Baku Fire
- Kənan Manafov – Baku Fire
- Oktay Rüstəmli – Baku Fire
- Nihad İsmayılov – Baku Fire
- Fərid Atakişiyev – Neftçi İK
- Ülvi Əliyev – Araz-Naxçıvan
- Mirzə Əmirov – Neftçi İK
- Seymur Məmmədov – Klubsuz
- Nurlan Mehdizadə – Baku Fire
- Cavad Məmmədov – Baku Fire