AZ

100 əfqanın həyatını xilas edən kanadalı veteran "Taliban"ın girovluğundan azad edildi

"Taliban" 2024-cü ilin noyabrında Kabildə həbs edilmiş Kanada Silahlı Qüvvələrinin veteranı Devid Laverini həbsdən azad edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə "Khaama press" informasiya portalı məlumat yayıb.

Kanadanın Xarici İşlər naziri Melani Coli xəbəri təsdiq edib və bildirib ki, bu, Qətərin vasitəçiliyi ilə baş tutub.

Laveri artıq Qətərdə ailəsi ilə görüşüb.

Laverinin Kabil hava limanında həbsinin səbəbi məlum deyil.

2024-cü ildə hərbçinin işlədiyi "Veterans Transition Network" təşkilatında bildiriblər ki, o, humanitar missiya üçün tez-tez Əfqanıstana səfər edirdi.

Nəşrin məlumatına görə, Laveri üç il əvvəl ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması zamanı 100 əfqanın təxliyəsinə kömək edib. O, bir neçə il ərzində Əfqanıstan paytaxtında "Raven Rae Consulting Services" özəl mühafizə şirkətinə rəhbərlik edib.

Məqalədə qeyd olunub ki, Laverinin azad olunması davam edən diplomatik səylərdən xəbər verir və "Taliban"la danışıqlarda Qətərin əsas rolunu vurğulayır.

Mənbə: oxu.az

Seçilən
8
2
oxu.az

5Mənbələr