AZ

Deputat: Dini radikalizmə qarşı mübarizənin daha da gücləndirilməsinə ehtiyac var

İctimai dinləmələrin regionlar üzrə keçirilməsini yüksək qiymətləndirirəm. Əsasən də Lənkəran və Qubada da bu dinləmələri keçirməliyik.

APA xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, ümumilikdə ötən dövr ərzində ölkədə dini sabitlik qorunub, dövlət qurumları bu istiqamətdə səylərini davam etdiriblər: “Regionda, Yaxın Şərqdə və dünyada baş verən proseslər dini sahəyə daha həssas yanaşılmasını zəruri edir. Dini maarifləndirmə işinə daha çox önəm verməliyik. Zərərli dini təsirlərdən qorunmağın ən təsirli yollarından biri davamlı və hədəfli maarifləndirmə işidir. Missionerliyə və dini radikalizmə qarşı mübarizənin daha da gücləndirilməsinə ehtiyac var. Gələcəkdə dini fəaliyyət sahəsində baş verə biləcək xoşagəlməz hadisələrdən sığortalanmaq üçün bu istiqamətdə çox çalışmalıyıq”.

Komitə sədri Fazil Mustafa isə qeyd edib ki, səyyar dinləmələrin Naxçıvan və Gəncədə keçirilməsi nəzərdə tutulub: "Amma bu təklifləri nəzərə alaraq, bura başqa rayonlar sözünü də əlavə edə bilərik”.

Seçilən
17
7
apa.az

10Mənbələr