Bu günlərdə məşhur sovet kəşfiyyatçısı Rixard Zorgenin vaxtilə Bakıda yaşadığı evin fotoşəkli çəkilərək sosial şəbəkələrdə paylaşılıb. Həmin evin baxımsız vəziyyətdə olması paylaşıma yazılan şərhlərdə təəssüflə vurğlanıb.
Bizim.Media modern.az-a istinadən xəbər verir ki, haqqında bəlkə də yüzlərlə rəvayət və əfsanələr dolaşan kəşfiyyatçı Rixard Zorge (1895-1944) Bakının Sabunçu qəsəbəsində doğulub, atası Qustav alman, anası Nina rus olub.
Doqquz övladın sonuncusu olan Rixard Zorgenin atası Bakıya neft mədənlərində mühəndis kimi işləməyə gəlib.
Ailə bir necə il Bakıda qaldıqdan sonra Berlin şəhərinə köçüb.
Xatırladaq ki, Bakının Nəsimi rayonunda Rixard Zorgeyə abidə qoyulub. 1981-ci ildə ucaldılan abidə Rixard Zorge adına parkda yerləşir. Abidə bürünc və qranitdən hazırlanıb. Onun üzərində qəhrəmanın üzü həkk edilib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta