PSJ-nin baş məşqçisi Luis Enrike maraqlı açıqlaması ilə gündəmə gəlib.
QOL.az xəbər verir ki, o, start heyət seçimlərindən danışarkən zarafat edib:
Enrike "Komandada bu qədər keyfiyyətli futbolçular, xüsusən də cinah oyunçuları varkən start heyəti seçmək çətin olmur? sualına belə cavab verib:
"Heyəti seçərkən həyat yoldaşımdan soruşuram. O, futbolu məndən daha yaxşı bilir (gülür)".
Qeyd edək ki, PSJ hazırda Fransa çempionatının turnir cədvəlinə 47 xalla liderdir.