AZ

Putin-Tramp İstanbulda keçiriləcək?

Türkiyə mətbuatında Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında İstanbul, Doha və bir sıra başqa yerlərdə mümkün danışıqların aparılması ilə bağlı versiyalar yayılıb.

“İki sahil” xəbər verir ki,  Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın administrasiyasındakı mənbə RİA Novosti-yə bildirib ki, bu məlumatlar yalandır.

“Bunlar şayiələrdir. Tarix və yerlə bağlı məlumata malik deyilik"- deyə agentliyin mənbəsi qeyd edib.

Bir müddət əvvəl Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, bir sıra ölkələr Putinlə Tramp arasında görüş üçün yer ayırmağa hazır olduqlarını bildiriblər.

Kreml Putin və Trampın təmasları ilə bağlı hələlik ABŞ-dan heç bir siqnal almadığını bildirib.

Seçilən
12
2
ikisahil.az

3Mənbələr