Bakı. Trend:
Ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadəedilməsi “Baku Steel Company” QSC-nin (BSC) fəaliyyətinin əsasistiqamətlərindən biridir. Davamlı olaraq ekoloji layihələrə dəstəkverən şirkət Azərbaycan Respublikası Ekologiya və Təbii SərvətlərNazirliyi (ETSN) tərəfindən mükafata layiq görülüb.
ETSN-in 2024-cü ildə ekoloji məsələlərin həllinə öz töhfələriniverən təşkilatları mükafatlandırdığı tədbirdə BSC ««Yaşıl gələcək»platforması ilə keçirilən ağacəkmə aksiyalarında ən yaxşı tərəfdaş»nominasiyasının qalibi olub. Mükafatı Ekologiya və Təbii Sərvətlərnaziri Muxtar Babayev təqdim edib.
Qeyd edək ki, BSC 2024-cü ildə, BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası -COP29 tədbirləri çərçivəsində, Qaradağ rayonunun Müşfiqabadqəsəbəsində 2 ha ərazidə 1250 ədəd Azərbaycan Respublikasının«Qırmızı Kitab»ına daxil olan Eldar şamı, eləcə də zeytun ağacı,Sumqayıt Kimya Sənaye Parkının ərazisində isə 500 ədəd şəmşir ağacıəkmişdi.
Şirkət əvvəlki illərdə də yaşıllıqların salınması ilə bərabər,digər ekoloji yönümlü layihələr həyata keçirib. Buna misal olaraq,2024-cü ildə COP29 ərəfəsində BSC və “QGallery” bədii qalereyasıbirlikdə “Baku Steel Art 2024” adlı beynəlxalq metal simpoziumutəşkil etmişdi. Simpoziumun keçirilməsində məqsəd incəsənət vəmetallurgiyanın ekoloji dəyişikliklər və davamlı inkişafınkatalizatoru kimi çıxış edə biləcəyini nümayiş etdirmək idi. “BakuSteel Art 2024” simpoziumunun nəticəsi olaraq, 7 ölkədən(Azərbaycan, Gürcüstan, Türkiyə, Rumıniya, İsrail, Bolqarıstan,Hindistan) 12 rəssamın iştirakı ilə BSC-nin istehsal etdiyiməhsullarından və metal qırıntılarından hazırlanan incəsənətəsərlərinin sərgisi təşkil olunmuşdu.
BSC ekoloji məsuliyyət sahəsində həyata keçirdiyi layihələrləyanaşı, bərpa olunan enerji təşəbbüslərinə də mühüm töhfə verir.Belə ki, COP29 çərçivəsində BSC və “Clean Energy Cəbrayıl” MMCgünəş enerjisi təchizatı haqqında anlaşma memorandumu imzalayıb.Anlaşmaya əsasən, Cəbrayılın Soltanlı kəndində hər biri 50 MVt olanŞəms və Üfüq günəş enerjisi stansiyaları tikiləcək. “Clean EnergyCəbrayıl” MMC mövcud elektrik şəbəkəsi vasitəsilə BSC-ninistehsalat sahələrini bərpa olunan enerji ilə təchiz edəcək. Butərəfdaşlıq ölkəmizin yaşıl enerjiyə keçidini sürətləndirməyə öztöhfəsini verəcək.
BSC, nəinki ekoloji məsələlərə həssaslıqla yanaşır, həmçininistehsalat proseslərinin əksəriyyətini rəqəmsallaşdıraraq dahadayanıqlı, səmərəli və təhlükəsiz həllərlə Azərbaycaniqtisadiyyatında metallurgiya sənayesinin inkişafına dəstək olmağıhədəfləyir.