Saatlıda narkotiklərin satışı ilə bağlı üç nəfər saxlanılıb.
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.
Bildirilib ki, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən rayon sakinləri Sahib Astanov, İslam Fətullayev və Asim Qarayev saxlanılıblar.
Həmin şəxslərdən 2 kiloqram marixuana, çətənə toxumları və bir ədəd elektron tərəzi aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.