Virus infeksiyaları bədəndən təmizləndikdən sonra belə tənəffüs yollarımızdakı reseptorlar həddindən artıq həssaslıq saxlayır. Son dövrlər soyuqlama, qrip və ya COVID keçənlərin çoxu öskürəkdən xilas ola bilməyib. Bəs xəstəlikdən sağalanlarda niyə öskürək davam edir?Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, virus məhv edildikdən sonra bu simptom həftələrlə davam edə bilər. Belə ki, UT Southwestern Tibb Mərkəzində infeksion xəstəliklər üzrə həkim Maykl Şiloh bildirir ki, öskürək şikayəti ilə müraciət edənlərin çoxu 8 həftədir xəstə olduqlarını deyir: "Artıq virus aşkar etmirik, lakin öskürək davam edir". Qrip və ya COVID-dən 2 həftədə sağalan insanlar olsa da, simptomlar daha uzun çəkə bilər.Öskürək tənəffüs yollarını zərərli tullantılar, su və ya qida qalıqlarından qoruyan mühüm refleksdir. Bu refleks, tənəffüs yolu sinirləri tərəfindən aktivləşir. Bu sinirlər soyuq havadan tutmuş, kapsaisin kimi kimyəvi maddələrə qədər hər cür təxirəedicilərə reaksiya verən reseptorlarla örtülüdür. Təxirəedici maddə reseptorları aktivləşdirəndə beyinə siqnal ötürülür və öskürək refleksi baş verir.Mütəxəssislər öskürəyə infeksiyadan həftələr sonra nəyin səbəb olduğunu dəqiq müəyyən edə bilmir. Lakin tədqiqatlar göstərir ki, infeksiyalar tənəffüs yolu sinirlərini hədsiz həssaslaşdırır. Nəzəriyyələrə görə, xəstəlik zamanı sinirlərin həssaslığı artır və bu vəziyyət sağaldıqdan sonra da davam edir. Beləliklə, dərin nəfəs almaq, soyuq havaya çıxmaq kimi adi hərəkətlər belə öskürək tutmasını təşviq edə bilər.1990-cı ildə keçirilən tədqiqatda qripə bənzər virusun siçovullarda tənəffüs sinirlərinin həssaslığını artırdığı müşahidə edilmişdi. Xəstə siçovullar sağlamlara nisbətən kapsaisinə daha güclü reaksiya verirdi. Sonrakı tədqiqatlarda (2016, 2017) müəyyən edilib ki, viruslar TRPV1 kimi reseptorların sayını artıraraq sinirlərin həddən artıq reaksiyasına səbəb olur.Xroniki öskürək üçün rəsmi müddət 8 həftə qəbul edilir. Bu müddətdən sonra öskürək davam edərsə, həkimə müraciət tövsiyə edilir.