Müğənni Kərim Abbasov Xalq artisti Tünzalə Ağayeva barəsində növbəti dəfə tənqidlər səsləndirib.
“ARB”də yayımlanan “Bir gün” verilişində açıqlama verən Kərim Tünzalə Ağayevanın ünvanına bunları deyib:
“Demirəm ki, Tünzaləni sevən yoxdur. Oxuması ilə bağlı bir kəlimə dedim ki, onun vurduğu boğazlar mənim xoşuma gəlmir. Heç bir problemim yoxdur. Sadəcə, ali savadlı musiqiçi olaraq Tünzalə Ağayeva barədə fikrimi söyləmişəm. “Məndən yoxdur” kəlməsi yoxdur. “Mən, mən, mən...” Nə qədər olar? “Məndən öyrənsinlər” deyir. Təbii ki, cavab verməli idim, boynumun borcu idi. Onu indiyə qədər hələ bu cür analiz edən ikinci müğənni olmamışdı. Mən idim analiz edən və düz analiz etmişəm. Hələ az demişəm! Gərək, hər kəs arada özünə də baxsın. Qurtar da, bilirik axı, sən nə oxuyursan. Sən musiqi savadı olmayan birini aldada bilərsən, məni aldada bilməzsən, mənim qulağım var”.