AZ

Emmanuel Makronun populyarlıq reytinqi ən aşağı səviyyəyə düşüb - Sorğu

Strasburq, 27 yanvar, AZƏRTAC

Yanvar ayında Fransa Prezidenti Emmanuel Makron 2017-ci ildə Yeliseyə gəldikdən sonra ən aşağı populyarlıq reytinqinə çatıb.

AZƏRTAC xəbər verir ki, artıq Fransa Prezidenti insanların rəğbətini qazana bilmir. İFOP sorğu mərkəzinin “Journal du Dimanche” qəzeti üçün apardığı sosial sorğunun nəticələri E. Makron üçün fəlakətlidir. Aylıq İFOP barometrinə görə, seçildikdən 8 il sonra E. Makron ən aşağı populyarlıq reytinqinə çatıb, fransızların yalnız 21 faizi onun fəaliyyətini qənaətbəxş hesab edir.

E. Makron dekabrla müqayisədə 3 bal itirib. Yanvar ayına olan göstəricilərə görə, ümumilikdə fransızların 79 faizi E.Makronun fəaliyyətindən narazıdır. Bununla da Fransa Prezidentinin reytinqi hətta “Sarı jiletlilər” böhranı zamanındakından da aşağı düşüb.

Yeni Baş nazir Fransua Bayrudan da narazılıq yüksək həddədir. Belə ki, ffransızların 66 faizi yeni Baş nazirin fəaliyyətini qənaətbəxş hesab etmir.

Seçilən
3
47
azertag.az

10Mənbələr