AZ

Prezident ziyarət etdi, 3 gün sonra partlayış oldu - Video

Çinin Şenyan şəhərində yerləşən məşhur bazarda güclü partlayış baş verib. Hadisə, şəhər sakinləri arasında böyük panikaya səbəb olub və çoxsaylı insanın xəsarət almasına gətirib çıxarıb. Sosial şəbəkələrdə yayılan görüntülər hadisənin dəhşətini göz önünə sərib.

Xəsarət alanların dəqiq sayı hələ açıqlanmayıb, amma yerli rəsmilər hadisə ilə bağlı ilk təxmini məlumatları təqdim etməyib. Xilasetmə əməliyyatları isə hələ də davam edir.

Maraqlıdır ki, partlayışın baş verdiyi bazar, yalnız üç gün əvvəl Çin Sədri Si Szinpin tərəfindən ziyarət olunmuşdu. Hadisənin səbəbləri barədə hələ rəsmi açıqlama verilməyib.

Hadisə ilə bağlı daha çox məlumat əldə edildikcə, yeni xəbərlər paylaşılacaq.

Seçilən
9
3
bakuinfo.net

4Mənbələr