AZ

Çin Serbiyada etirazlar fonunda Prezidenti dəstəkləyib

Çin hakimiyyəti Serbiya Prezidenti Aleksandar Vuçiçi dəstəkləyir və onun milli sosial-iqtisadi inkişafın təmin edilməsində göstərdiyi səyləri uğurlu hesab edir.

Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq belə bəyanatla Serbiyadakı etiraz aksiyalarını şərh edərkən çıxış edib.

“Son illər Prezident Vuçiçin rəhbərliyi altında Serbiya öz müstəqilliyini və suverenliyini qətiyyətlə qoruyub saxlayır və sosial-iqtisadi inkişafda böyük tərəqqiyə nail olub. İnanırıq ki, Serbiya tərəfi ümumi sosial sabitliyi və inkişafdakı müsbət impulsu qoruyub saxlamaq üçün müdrikliyə və bacarığa malikdir”, – o, brifinqdə vurğulayıb.

Mao Nin qeyd edib ki, Çin həmişə Serbiyanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edib, sabitliyin və milli maraqların təmin edilməsində göstərdiyi səyləri dəstəkləyib.

Seçilən
6
korrespondent.az

1Mənbələr