AZ

"Fənərbaxça"nın yeni transferləri Avropada oynaya biləcək? - Araşdırma

Qış transfer pəncərəsinin sonuna yaxınlaşırıq. Klublar bir sıra yeni transferlərini açıqlayıblar.

Görəsən, Avropada çıxış edən komandalar heyətinə cəlb olunan yeni üzvlərini UEFA-nın əzəmətli turnirlərində oynada biləcək? 

Hazırda Türkiyə komandalarına nəzər salsaq görərik ki, “Fənərbaxça” artıq 2 böyük futbolçunun transferini reallaşdırıb. Bunlar Dieqo Karlos (“Aston Villa”) və Milan Şkriniardır (PSJ). Hər iki müdaifəçi bu mövsüm “sarı-lacivərdlilər”in ağrıyan yarasına məlhəm olmaq üçün komandaya cəlb olunublar.

Ötən il Rodriqo Bekao və Ceydon Ostervoldenin çarpaz bağlarının qopması, futbolçuların mövsümü başa vurmasına gətirib çıxarmışdı. Lakin onların adı hazırda UEFA Avropa Liqasının oyunçu qeydiyyatı ərizəsində var. Bəs, nəyə görə bu adlar hələ də iştirak ərizəsindən çıxarılmır? Joze Mourinyo buna görə Avropada qələbə qazana bilmir?

UEFA-nın qaydalarına əsasən, hər komanda avrokubokların seçmə mərhələsi, pley-off və liqa mərhələsində oyunlar keçirilməmişdən əvvəl öz heyətlərini açıqlamalıdır. Buna əsasən, klublar “A” siyahısına 25 oyunçu qeyd edə bilərlər. Bu siyahı həmin liqaların play-off mərhələlərinə qədər qüvvədə qalır. “Fənər”in qeyd etdiyim 2 müdafiəçisinin mövsümü başa vurması, digər arxa xətt futbolçusu Samet Akaydının “Rizəspor”a transferi Super Liqa təmsilçisinin gələcək heyətini dəyişməsi üçün bir səbəb verir.

Lakin Dieqo Karlosun bu mövsüm keçmiş komandası ilə Çempionlar Liqası matçlarında çıxış etməsi oyunçunun hazırki vəziyyətini sual altında qoyur. 

Reqlamentə görə, futbolçu mövsüm ərzində yalnız 1 komandanın heyətində avrokubok oyunlarında iştirak edə bilər. Bu səbəblə, "Aston Villa" forması ilə Çempionlar Liqasında çıxış etmiş Karlos Avropada "Fənərbaxça"ya kömək edə bilməyəcək. 

Milan Şkriniarda isə məsələ bu qədər qəliz deyil. Slovakiyalı bu mövsüm PSJ-nin heyətində yalnız Fransa çempionatında forma geyinib. Bu isə Joze Mourinyonun seçəcəyi təqdirdə futbolçunun yeni iştirak ərizəsində yer alması deməkdir. 

Komandalar Liqa mərhələsinin VIII turundan sonra ən gec fevralın 6-na kimi yeni iştirak ərizəsini açıqlamalıdır. Görək, braziliyalı müdafiəçi üçün istisna hal baş verəcək?

Hacı Heydər

"Barsa" 100 qol həddini keçib

Bu dəfə güldürdü: Mourinyodan məzəli paylaşım - VİDEO

Neymar doğma klubuna qayıdır

Həsrət bitdi: Talişka "Fənərbaxça"da

"Neftçi"nin sabiq çalışdırıcısı Türkiyə yolunda

Seçilən
17
13
apasport.az

10Mənbələr