AZ

Dövlət Xidməti bir ədəd su sayğacının qutusu üçün 11 manat ödəyir – 500 min ayrılıb


İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti (keçmiş “Azərsu” ASC) tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, tender müsabiqəsinin qalibi “Gəncə Cihazqayırma Zavodu” ASC (VÖEN-2301024501) olub.
“Gəncə Cihazqayırma Zavodu” ASC İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə ümumi dəyəri 497 min 204 manat 80 qəpik olan 44 min ədəd su sayğacı üçün qutu satacaq. Sayğaclardan 40 min ədədi plastik, 4 min ədədi isə kompozit materialdan olacaq. Rəqəmlərdən də göründüyü kimi 1 ədəd qutunun qiyməti 11,3 manat olacaq.
Məlumat üçün bildirək ki, “Gəncə Cihazqayırma Zavodu” ASC 30 mart 2008-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 211 min 956 manat olan ASC “Gəncə şəhəri, Vəli Xuluflu, ev 1” ünvanında yerləşir. “Gəncə Cihazqayırma Zavodu” ASC-nin qanuni təmsilçisi Bağırov Ayət Cəlal oğludur.
Onu da bildirək ki, “Gəncə Cihazqayırma Zavodu” ASC ölkənin aparıcı şirkətlərindən olan “Paşa Holdinq”in paylı iştirakı ilə yaradılıb.

Elnur Əli
Seçilən
10
yeniavaz.com

1Mənbələr