![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2024/2/24/1/f3163190-de38-4999-a355-d24267f4c4ab/cin-yangin-yeni.jpg)
Şəki şəhərinin Küdürlü kəndində yanğın olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata görə, birmərtəbəli məktəb binasının dam örtüyünün taxta atmaları 2 m² sahədə yanıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub.