AZ

İmmuniteti gücləndirir və xəstəliklərdən qoruyur - Dünyanın ən sağlam iki qidası açıqlanıb

İmmuniteti gücləndirir və xəstəliklərdən qoruyur -

Elmi araşdırmalar bəzi qidaların sağlamlığa möcüzəvi təsirini ortaya çıxarıb. Bu qida maddələri hüceyrələrin yenilənməsini sürətləndirir, bağırsaq florasını yaxşılaşdırır və xroniki xəstəliklərlə mübarizədə təsirlidir, həm də xərçəng kimi ciddi xəstəliklərin qarşısını alır. 

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, son illərdə səhiyyə dünyasında aparılan araşdırmalar bəzi qidaların, xüsusilə də tərəvəz və meyvələrin hüceyrələrin yenilənməsində, immunitet sisteminin gücləndirilməsində və xəstəliklərin qarşısının alınmasında rolunu bir daha sübut etdi. Yüksək qida dəyəri ilə seçilən bu qidalar təkcə fiziki sağlamlığınızı deyil, həm də ümumi həyat keyfiyyətinizi yaxşılaşdırır. Yaxşı, hansı qidalar bu qədər faydalıdır?

Kefir

Kefir sağlamlıq dünyasında mühüm yeri olan fermentləşdirilmiş süd məhsuludur. Tərkibində yüksək miqdarda probiyotik olan kefir həzm sisteminə son dərəcə müsbət təsir göstərir. Müntəzəm olaraq istehlak edildikdə bağırsaq florasını tarazlaşdırır, həzmi asanlaşdırır və immunitet sistemini gücləndirir. Bundan əlavə, kefir kalsium, maqnezium və B vitamini kimi qidalarla zəngindir. Bu şəkildə sümük sağlamlığını dəstəkləyir və hüceyrə yenilənməsini sürətləndirir. Tədqiqatlar göstərir ki, kefir istehlakı xroniki xəstəliklərdən qoruyur və ümumi sağlamlıq üçün uzunmüddətli fayda verir.

Qırmızı çay 

Son illərdə getdikcə populyarlaşan qırmızı çay Cənubi Afrikadan gəlir və yüksək miqdarda antioksidant olması ilə diqqət çəkir. Tərkibindəki flavonoidlər və minerallar sayəsində immunitet sistemini gücləndirir, stressi azaldır və dəri sağlamlığını yaxşılaşdırır. Qırmızı çay həm də həzm sistemini dəstəkləyir, maddələr mübadiləsini sürətləndirir və bədəndən toksinlərin çıxarılmasına kömək edir. Kofeinsiz tərkibi ilə xüsusilə gecələr rahat yatmaq istəyənlər üçün ideal bir içkidir. Bundan əlavə, qırmızı çayın bədənə verdiyi rahatlaşdırıcı təsir sayəsində günün stresli anlarından sonra dincəlməyə kömək edir.

Bu qidalar orqanizmi qidalandırmaqla yanaşı, hüceyrələrin yenilənməsini də sürətləndirir, immunitet sistemini gücləndirir və orqanizmi müxtəlif xəstəliklərdən qoruyur. Kefir və qırmızı çay kimi təbii və qidalı qidalar sağlam həyata doğru mühüm addım atmağa imkan verir. Mütəxəssislər bu qidaların müntəzəm istehlakının uzunmüddətli perspektivdə ümumi sağlamlığa ciddi fayda verəcəyini bildirirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
18
50
e-saglam.az

10Mənbələr