AZ

Prezident İlham Əliyev "Avtomobil yolları haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib

Bakı. Trend:

Prezident İlham Əliyev "Avtomobil yolları haqqında" qanundadəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Trend xəbər verir ki,yenilənmiş qanuna aşağıdakı yeni anlayışlar daxil edilib:

- ödəniş məntəqəsi – ödənişli avtomagistralla nəqliyyatvasitəsinin gedişi üçün ödəniş əməliyyatının həyata keçirildiyi vəburaxılış məntəqələrindən ibarət olan, mühəndis avadanlığının,texniki vasitələrin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikililərvə qurğulardır;

- buraxılış məntəqəsi – ödənişli avtomagistrallarda nəqliyyatvasitələrinin giriş-çıxışına nəzarət etmək məqsədilə yaradılmış vəkeçid zolaqlarında quraşdırılmış, foto və ya video qeydiyyatfunksiyalarına malik xüsusi texniki vasitələr və qurğularla təchizedilmiş məntəqədir.

Bundan başqa, yeni qanunla bundan sonra avtomobil yollarıistifadəçiləri ödəniş məntəqələrindən keçmədən kənar yollardan(yerlərdən) istifadə etməklə, habelə ödənişsiz gediş hüququna malikistifadəçilər üçün müəyyən edilmiş xidməti keçid zolağından beləhüququ olmayan istifadəçilər tərəfindən ödənişli avtomagistrallaradaxil olmağa və ya oradan çıxmağa görə, eləcə də buraxılışməntəqələrinin normal işinə mane olmağa, o cümlədən buraxılışməntəqələrində nəqliyyat vasitələrinin keçidini bağlamağa, gedişüçün maneəni özbaşına götürməyə (şlaqbaumu açmağa) görə məsuliyyətdaşıyacaqlar.

Seçilən
7
az.trend.az

1Mənbələr