“Apple”in maraqla gözlənilən “iPhone SE 4” modelinin canlı görüntüləri ortaya çıxıb.
Növbəti sərfəli “iPhone”, ehtimal ki, dizayn baxımından “iPhone 14 Pro” və “Pro Max”a bənzəyəcək.
Yayılan məlumaylara əsasən, yeni “iPhone SE” modelinin 8 GB RAM ilə gəlməsi gözlənilir. Bu, “Apple Intelligence”in qabaqcıl AI imkanları üçün vacib olacaq.
Telefon 6,1 düymlük OLED ekrana sahib olacaq ki, bu da əvvəlki modelin ekranından daha böyükdür.
Çipset bölməsində isə “iPhone 16” seriyasında satışa çıxarılan A18 ilə qarşılaşa bilərik.
Bununla yanaşı, yeni modeldə USB-C portu, Fəaliyyət düyməsi, 5G modem və 48 MP əsas kamera olacaq.
Yeni “iPhone SE 4” modelinin bu il buraxılması gözlənilir.
Here's what the iPhone SE 4 looks like pic.twitter.com/pEyIAJ34VR
— Majin Bu (@MajinBuOfficial) January 25, 2025