AZ

Qılıncoynadanımız Estoniyada bürünc medal qazanıb

Qılıncoynatmanın şpaqa növü üzrə Azərbaycan millisinin üzvü Vahab Fətullayev Estoniyanın Tartu şəhərində keçirilən beynəlxalq "Baltic Cup" turnirində bürünc medal qazanıb.

Apasport.az xəbər verir ki, 20 yaşadək idmançıların şəxsi yarışında mübarizəyə 1/16 finaldan başlayan qılıncoynadan bu mərhələdə latviyalı həmkarı Aleksejs Malinovskisi 15:12 hesabı ilə məğlub edib.

Onun 1/8 finalda da rəqibi Latviya şpaqaçısı olub. V.Fətullayev bu dəfə Nikita Aniskodan üstün olub - 15:6.

Azərbaycan təmsilçisi yarımfinala yüksəlmək uğrunda keçirilən qarşılaşmada eston Nikita Doronini 15:14 hesabı ilə yenib. Bürünc medalı təmin edən Vahab Fətullayev finalın bir addımlığında Estoniya şpaqaçısı Marek Puhma uduzub - 13:14.

Azərbaycanlı konkisürən dünya çempionatına vəsiqə qazanıb

Bakıda polisin tapdığı 10 min manat basketbolçunun imiş

"Formula 1" Azərbaycan Qran-Prisinə bilet satışı başlayıb

Abdolbari Gozal vəfat edib

Atıcılıq Federasiyası “ilin ən yaxşı”larını mükafatlandırıb

Seçilən
3
6
apasport.az

10Mənbələr