Belqradda tələbə etirazçılar şəhərin ən sıx nəqliyyat kəsişmələrindən birinin 24 saatlıq blokadasına başlayıblar.
Bu barədə Serb BBC xidməti məlumat yayıb.
“Belqrad Universitetinin tələbələri noyabrda Novi Sad qatar stansiyasında tavanın aşması nəticəsində 15 nəfərin ölümünə görə məsuliyyəti müəyyən etmək üçün Serbiya hakimiyyətinə təzyiqin yeni forması olaraq Belqradın ən işlək yol qovşaqlarından birinin 24 saatlıq blokadasına başlayıblar”, - materialda deyilir.
Qeyd edək ki, bir gün əvvəl, yanvarın 26-da Serbiyanın paytaxtında təhsil müəssisəsinin tələbələri X sosial şəbəkəsində (keçmiş Twitter) etiraz aksiyası elan edən video yayımlayıblar.
Mövsüm
Aznews.az