AZ

Aİ-nin ali nümayəndəsi Rusiyaya qarşı sanksiyaların uzadılacağına ümid edir

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bəyan edib ki, xarici işlər nazirlərinin bu gün keçiriləcək iclasında Rusiyaya qarşı iqtisadi sanksiyaların uzadılması ilə bağlı ölkələrin razılığına nail olacağına ümid edir.

O, bu barədə Brüsseldə Aİ ölkələrinin xarici işlər nazirlərinin iclasından əvvəl bildirib.

\"Mən sanksiyaların uzadılması ilə bağlı qərar qəbul ediləcəyini gözləyirəm\", - o qeyd edib.

Daha əvvəl Macarıstan Ukrayna ərazisindən Rusiya qazının tranzitinin dayandırılması səbəbindən sanksiyaların uzadılmasını bloklamaqla hədələyirdi. Lakin bu gün Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bəyan edib ki, əgər Avropa İttifaqı ölkənin enerji təchizatının təhlükəsizliyini təmin etməyə söz verərsə, Budapeşt sanksiyaların uzadılmasına veto qoymaqdan imtina edə bilər.

Sanksiyaların müddəti yanvarın 31-də başa çatır. Tədbirlərin uzadılması üçün Aİ-nin üzvü olan bütün ölkələrin razılığı tələb olunur.
 
///report
Seçilən
4
5
azxeber.com

10Mənbələr