Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Həşim Səhrablı deyib.
O bildirib ki, xırda güzəştlər belə ciddi qarşıdurmanı aradan qaldıracaq qədər ciddi səbəb deyil:
"Nə ABŞ, nə də Rusiya özündə köklü dəyişikliklər etmək niyyətindədir. İki ölkə arasında çəkişmə asanlıqla aradan qalxmayacaq. ABŞ və Rusiya ölüm-dirim mübarizəsinə başlasa, kimin qalib gəlməsindən asılı olmayaraq hər ikisinin dünya miqyasında nüfuzu sarsılacaq. Sırf bunun qarşısını almaq üçün bir-biri ilə sakit tərzdə qarşıdurma müstəvisinə keçə bilərlər. Trampdan sonra biz iki ölkənin Ukrayna cəbhəsi və digər cəbhələrdə sakitliyinə şahid ola bilərik. Ancaq bu bütün problemlərin həlli demək olamayacaq".
Onun sözlərinə görə, Tramp Ukraynada sülhdən yana olduğunu nə qədər desə də, bu Vaşinqtonun şərtlərini qəbul etdirməklə mümkün olacaq:
"Rusiya isə bu şərtləri qəbul etməyəcək. Rusiyanın razı olacağı halda belə Ukraynanın dövlət maraqlarının necə olacağı haqqında sual yaranır. ABŞ köklü dövlətdir. Şərq dövlətlərində şəxlərin diktaturası olduğu kimi ABŞ və Avropada sistemlərin diktaturası mövcuddur. Ona görə ABŞ-də prezidentlər dəyişsə də, sistemin ümumi maraqları hər biri üçün öncəlikdir. Trampda bu maraqları köklü sürətdə dəyişə bilməz. Tramp sadəcə ümumi dövlət maraqlarının standartlarını dəyişə bilər. Bu da tamamilə həmin dövlət maraqlarının müdafiəsinə hesablanmış olacaq. Məsələn, Co Bayden ABŞ-nin dövlət maraqlarının Rusiya ilə mübarizə olduğunu düşünürdü. Tramp adminstrasiyasının xarici siyasətinin əsas istiqaməti isə Çini və İranı zəiflətmək olacaq. Rusiyanın ikinci planda qalması Rusiyaya təslim demək olamayacaq. Rusiya şərtlərdən qaçarsa, Ukraynaya Bayden dövründəkindən daha sərt dəstək verilə bilər. Tramp məcburetmə psixologiyasında olan şəxsdir. Tramp sırf sülhü təmin etmək üçün daha ciddi hərbi yardımlar təmin edə bilər. Bütün bunlar isə ilk aylarda baş tutmayacaq. Tramp çalışacaq ki, ilk aylarda heç bir şeyə ehtiyac olmadan danışığa gələ bilsin".
Əfsanə Kamal
Demokrat.az
10Mənbələr
-
demokrat.azABŞ və Rusiya ölüm-dirim mübarizəsinə başlasa... — AÇIQLAMA ( 15073799)
-
modern.azMəşhur kəşfiyyatçının Bakıda yaşadığı baxımsız ev - FOTOLAR ( 15062171)
-
moderator.azBakıda Oleq Bakinskinin adı qarışan işdə SENSASİON DETAL açıqlandı ( 15036833)
-
cebheinfo.azRusiya Trampdan konkret addımlar gözləyir ( 15016399)
-
aznews.azTramp Rusiya - Ukrayna müharibəsini bitirə biləcəkmi? -AÇIQLAMA ( 15014601)
-
sitat.infoTramp tezliklə Rusiya və Ukraynanı danışıqlara məcbur edəcək: Türkiyə də prosesə qoşula bilər... ( 15009949)
-
sfera.azHrach Topalyanın Bakıda ““no war”çı fabriki” -FAKTLAR ( 14968535)
-
sfera.az1950-ci illərə aid ev alan qadın gizli sürprizlə qarşılaşdı - FOTOLAR ( 14947889)
-
bakuinfo.netİki general və polkovnik SAXLANILDI - FOTO ( 14922511)
-
bizim.mediaİki general və polkovnik SAXLANILDI - FOTO ( 14916853)