İsrail Müdafiə Qüvvələri Fələstinin Tulkarem şəhəri yaxınlığında yeni əməliyyat keçirib.
Publika.az xəbər verir ki, bu barədə İsrail Ordusu məlumat yayıb.
Məlumata görə, hava zərbəsi nəticəsində HƏMAS-ın komandiri öldürülüb. Məhv edilən komandirin adı açıqlanmayıb.
Zərbələr nəticəsində 2 nəfərin öldüyü, 3 nəfərin yaralandığı bildirilir.
Qeyd edək ki, tərəflər arasında razılaşma əldə olunsa da, İsrail HƏMAS-ın atəşkəsi pozduğu barədə bəyanat yaymışdı.