AZ

İrakli Kobaxidze: Aİ-nın vizasız rejimin dayandırılması barədə qərarı simvolik xarakter daşıyan texniki məsələdir

Tbilisi, 27 yanvar, AZƏRTAC

Avropa İttifaqı Şurasının Gürcüstanın diplomatik pasport sahibləri üçün vizasız rejimin dayandırılması barədə qərarı simvolik xarakter daşıyan texniki məsələdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında söyləyib.

Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti üçün ən vacib olan odur ki, ölkədə sülhə təhlükə yoxdur və diplomatik pasportlarla Avropaya səfərlər sadəcə texniki məsələdir.

“Biz Avropa İttifaqına viza ilə və ya vizasız gedə bilərik, fərqi yoxdur. Yeganə vacib olan odur ki, biz ölkəmizdə sülhü və xalqımızın fundamental maraqlarını qorumağa davam etməliyik”, - deyə İ.Kobaxidze vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Seçilən
24
50
azertag.az

10Mənbələr