AZ

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olunub? - FOTOLAR

Bu gün İqtisadi Şuranın iclası keçirilib.

Nazirlər Kabinetindən Mia.az-a bildirilib ki, İqtisadi Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına verdiyi geniş müsahibəsindən irəli gələn tapşırıqlar, 2024-cü ilin sosial-iqtisadi inkişaf göstəriciləri və İqtisadi Şuranın 2025-ci il üzrə Fəaliyyət Planı, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda Azad İqtisadi Zonanın (AİZ) yaradılması ilə bağlı məsələlər, ölkəmizin beynəlxalq maliyyə institutları və fondları ilə əməkdaşlığı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 2024-cü il üzrə Fəaliyyət Hesabatı və 2025-ci il üçün Fəaliyyət Planı və digər cari məsələlər ətraflı müzakirə olunub.

Seçilən
12
35
mia.az

10Mənbələr