Cüdo üzrə Azərbaycan yığmasının ölkə xaricində təlim-məşq toplanışı start götürüb.
İdman.biz xəbər verir ki, hazırlıqlar Avropa Cüdo Federasiyasının təşkilçılığı ilə Herstalda (Belçika) keçirilir.
Toplanışa yollanan heyətdə Paris-2024 Olimpidasının çempionu Zelim Kotsoyev də var. Məşqlərdə yerli cüdoçularla yanaşı Sloveniya, Türkiyə kimi ölkələrin idmançıları da yer alıblar.
Qeyd edək ki, təlim-məşq toplanışına yanvarın 30-da yekun vurulacaq.