Ötən il Bakı metrosunda bir gündə daşınan sərnişin sayına görə rekord qeydə alınıb.
“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, ötən ilin sentyabrın 16-da 898 180 sərnişin metrodan istifadə edib.
İkinci ən yüksək göstərici də ötən il qeydə alınıb. Belə ki, noyabrın 7-də metrodan 885 786 sərnişin istifadə edib.
Üçüncü rekord göstərici isə 24 dekabr 2018-ci il tarixinə aiddir. Həmin gün metrodan 882 254 sərnişinə xidmət göstərib.
Bununla yanaşı, ötən il “Bakı metropoliteni” QSC-nin 19 509 335 sərnişini QR biletdən istifadə edib. Bu göstərici ödənişli sərnişinlərin 8,75 faizini təşkil edir. QR biletdən ən çox istifadə edilən stansiyaların ardıcıllığı isə belədir: “28 May” - 1 705 798 sərnişin, “Gənclik” - 1 594 534 sərnişin, “Koroğlu” - 1 434 163 sərnişin.