AZ

Belçika futbol millisinin keçmiş üzvü həbs edilib

Belçika millisinin və \"Roma”nın sabiq üzvü Raca Naynqqolan həbs edilib.

AZXEBER.COM xəbər verir ki, futbolçu narkotik alverində günahlandırılır.

36 yaşlı yarımmüdafiəçi narkotik vasitələrin Antverpen limanına çatdırılmasına köməklik göstərməkdə təqsirkar olaraq saxlanılıb.

Xatırladaq ki, ulduz futbolçu son olaraq Belçikanın \"Lokeren Temse” klubunda çıxış edib.

Qeyd edək ki, Naynqqolan karyerası ərzində \"Roma”, \"İnter” \"Kalyari” \"Spal” kimi komandaların şərəfini qoruyub.

Seçilən
21
22
azxeber.com

10Mənbələr