AZ

HƏMAS azad edəcəyinı söz verdiyi 33 girovdan 8-i ölüb

İsrail hökuməti bildirib ki, HƏMAS terror qruplaşmasının İsraillə atəşkəsin birinci mərhələsi çərçivəsində yaxın həftələrdə azad edəcəyi səkkiz girov ölüb.

Herbiand.az xəbər verir ki, hökumət sözçüsü Devid Menser həlak olanların yaxınlarının artıq məlumatlandırıldığını bildirib.

Məlumata görə, HƏMAS nümayəndələri çətin danışıqlardan sonra atəşkəs razılaşması çərçivəsində geri qaytarılacaq girovların “statuslu” siyahısını İsrailə təhvil verib. Məlum olduğu kimi, yaxın həftələrdə hələ də azadlığa buraxılması planlaşdırılan 26 nəfərdən yalnız 18-i sağ qayıdacaq.

HƏMAS nümayəndəsi bu məlumatı “Reuters” və “dpa”ya təsdiqləyib.

Seçilən
33
50
herbiand.az

10Mənbələr