AZ

Ana və qızı avtomobillə qəsdən vurulub? VİDEO

Xaçmazda  24 yaşlı Aytac Kərimova və onun anası 54 yaşlı Tufan  Ələsgərova işdən gələrkən onları Araz adlı şəxs Qusarçay kəndi ərazisində maşınla vurub. Xezerxeber.az-ın məlumatına görə, ailə iddia edir ki, Araz İsmayılov bir neçə gün əvvəl onlara elçi gəlib və “yox” cavabı aldığı üçün qəsdən bu hadisəni törədib.

Xəsarət alan şəxslər dərhal xəstəxanaya çatdırılıb.  

Baş vermiş yol- nəqliyyat hadisəsi və səsləndirilən iddialarla bağlı polis hərəkətə keçib. Ekpertiza da təyin olunub.  

Hadisədə adı hallanan Araz İsmayılovun yaşadığı ünvana baş çəkdik. Qusarçay kəndindəki evdə heç kim olmadığından suallarımız cavabsız qaldı.

Aparılan araşdırmadan sonra məsələyə hüquqi qiymət veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
22
47
xezerxeber.az

10Mənbələr