AZ

Kapello "Milan"ın baş məşqçisini futbolçu ilə əlbəyaxa olduğuna görə qınadı

Tanınmış italiyalı mütəxəssis Fabio Kapello A Seriyasının 22-ci turu çərçivəsində keçirilən "Milan" - "Parma" oyunundan (3:2) sonra "qırmızı-qaralar"ın baş məşqçisi Serjiu Konseysau ilə komandanın cinah müdafiəçisi Davide Kalabrianın əlbəyaxa olmasına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Football Italia" belə çatdırıb:

"Bu, normal deyil. Məşqçinin hamının gözü qarşısında oyunçunu söyməsi yanlış addımdır. Əlbəttə, futbolda mübahisələr də olur, sərt insidentlər də... Bunu yaxşı anlayıram, amma belə şeylər paltardəyişmə otağında qalmalıdır. Kameralar önündə, hamının gözü qarşısında futbolçunun üstünə şığımaq nəyə lazımdır ki? Oyundan sonra müsahibə verərəkən hər ikisi vəziyyəti sığortalamağa çalışdılar, amma yaşananlar aşırı gərginliyin simptomlarıdır. Eyni zamanda məşqçinin əsəblərini cilovlaya bilməməsinə də sübutdur".

Xatırladaq ki, oyundan sonra Konseysau Kalabrianın üstünə qışqıraraq onu təhqir edib və sinəsindən itələyib. Digər futbolçular dava-dalaşın böyüməsinə imkan verməyiblər.

Nihat

Seçilən
17
fanat.az

1Mənbələr