Azərbaycana qayıdan millimizin sabiq forvardı Ruslan Qurbanov apasport.az saytına müsahibə verib.
- Azərbaycana qayıdacağınla bağlı xəbərlər yayılıb. Həqiqətən "Hypers Guba"ya keçəcəksən?
- Mən Azərbaycanı çox sevirəm. Bəli, doğru xəbərdir. Üstəlik, belə şans varsa, dəyərləndirmək istədim. "Hypers Guba" ilə anlaşmışıq.
- Son dəfə Rusiyada Medialiqada oynayırdın. Orda liqanın səviyyəsi necədir?
- Bəli, orda idim. Liqanın səviyyəsi isə çox yüksəkdir. Demək olar ki, Rusiya birinci liqasının səviyyəsindədir. Medialiqa inkişaf edir. Özünüz də bunu görəcəksiz.
- Yeni komandan II Liqada mübarizə aparır. Maddi cəhətdən də səni razı salan təklif oldu?
- Mənim üçün pul o qədər də önəmli deyil. Çünki pulum onsuz da var. Mən sadəcə Bakıda oynamaq və orda yaşamaq istəyirəm. "Hypers"ə də xeyir vermək niyyətindəyəm. Qarşımıza qoyulan məqsəd isə I Liqaya yüksəlməkdir.
- Qubada yaşayacaqsan, yoxsa Bakıda yaşamaq sənin üçün daha əlverişlidir?
- Hələ ki, heç nə bilmirəm. Zamanla hər şeyi görəcəyik. Mənim istəyim yeni komandama xeyir verməkdir.
- Artıq 33 yaşındasan və II Liqada oynayacaqsan. Səncə, Premyer Liqada oynamaq şansı yaranarsa, bundan istifadə edə bilərsən?
- 33 yaşım olsa da, mən Misli Premyer Liqasında da oynaya bilərəm. Gücüm yetəri qədərdir. Artıq çəkim yoxdur. Allah nə qərar verəcəksə, elə də olsun. Hazırki vəziyyətimdən narazı deyiləm.
- Premyer Liqada oynamaq gücündəsən?
- Əlbəttə. Asanlıqla Premyer Liqada oynayaram. Dediyim sözə də əminəm. Təəssüf ki, Misli Premyer Liqasının səviyyəsi yüksəlməyib, əksinə düşüb.
Sabiq “Mingəçevir”li paytaxt klubunda
Zamiq Əliyevin komandası liderliyə yüksəlib
Coşqun oynadı, komandası məğlub oldu
Millimizin üzvü: "Bura birinci yeri tutmaq və mərhələ adlamaq üçün gəlmişdik"
"Qarabağ" üçün arzuolunmaz rəqib: "Turan Tovuz"