AZ

Evdəki bakteriya yuvası ortaya çıxdı: Tualet kimi çirklidir

Evdəki bakteriya yuvası ortaya çıxdı:

Evdəki qapı tutacaqları tez-tez təmizlik zamanı diqqətdən kənarda qalan yerlərdən biridir, lakin araşdırmalar göstərir ki, bu səthlər bakteriya və virusların çoxalması üçün ideal mühit yaradır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, qapı tutacaqları evdə ən çox toxunulan səthlərdəndir və onların üzərində mikroblar saatlarla, hətta günlərlə qala bilər. Xüsusilə ticarət mərkəzləri, məktəblər və ofislərdə insanlar arasında virus və bakteriyaların yayılmasında qapı tutacaqları mühüm rol oynayır.

Məsələn, COVID-19 virusu paslanmayan poladdan hazırlanmış səthlərdə 72 saata qədər yaşaya bilər. Oxşar şəkildə, qrip və digər tənəffüs xəstəliklərinə səbəb olan mikroblar da bu səthlərdə uzun müddət qala bilir. Gündəlik həyatda əlləri yumağa diqqət yetirsək də, qapı tutacaqları adətən təmizlənmir və bu, onların təhlükə mənbəyinə çevrilməsinə səbəb olur.

Qapı tutacaqlarını təhlükəsiz etmək üçün bir neçə tədbir görülə bilər. Onları sabunlu su və ya spirt əsaslı dezinfeksiyaedici ilə gündəlik təmizləmək mikrobların yayılmasının qarşısını ala bilər. Son illərdə antimikrob örtüklər tətbiq edilməyə başlanıb ki, bu da mikrobların səthə yapışmasının qarşısını alır. Əlaqəsiz qapı sistemləri və ayaqla idarə olunan qapılar da gigiyenik baxımdan daha etibarlı həllərdir.

İctimai yerlərdə qapı tutacaqlarına toxunduqdan sonra əl gigiyenasına diqqət etmək, dezinfeksiyaedici vasitələrdən istifadə və üzə toxunmamaq vacibdir. Sadə gigiyena qaydalarına riayət etməklə qapı tutacaqlarından yayılan mikrobların təsirini minimuma endirmək mümkündür. Bu tədbirlər həm evdə, həm də ictimai yerlərdə sağlamlığı qorumaq üçün təsirli yanaşmadır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
9
22
e-saglam.az

10Mənbələr