“Azad edilməsi planlaşdırılan 33 girovdan 25-i sağdır” – “Reuters”
“HƏMAS-ın siyahısına əsasən, İsraillə Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində azad edilməsi planlaşdırılan 33 girovdan 25-i sağdır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” hərəkatdakı mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, HƏMAS vasitəçilərə siyahı verib və ondan belə çıxır ki, anklavda saxlanılan 33 nəfərdən 25-i sağdır. Vasitəçilərin öz növbəsində bu sənədi İsrail tərəfinə ötürdükləri iddia edilir.