İran Rusiyanın çoxməqsədli supermanevrli Su-35 qırıcılarını alıb.
Bunu İİKK generalı Əli Şadmani deyib.
Yanvarın 17-də Kremldə Rusiya prezidenti Vladimir Putinlə İran prezidenti Məsud Pezeşkian arasında danışıqlar olub. Danışıqlar zamanı İran prezidenti bildirib ki, danışıqlar çərçivəsində İslam Respublikasında atom elektrik stansiyasının tikintisinə dair razılaşmaları başa çatdırmaq mümkün olacaq.
Görüşdən sonra iki ölkə liderləri ölkələr arasında yeni Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalayıblar. \\Demokrat.az