AZ

Qusarın Yuxarı Tahircal kəndinin sakinləri problemlərini bölüşdülər - FOTO

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovun növbəti səyyar qəbulu ucqar dağ kəndi Yuxarı Tahircalda olub.

Bizim.Media xəbər verir ki, icra başçısı və Milli Məclisin deputatı Azər Badamov rayonun Yuxarı Tahircal kəndində mədəniyyət evi, məktəb və digər müəssisələrin fəaliyyəti ilə yaxından tanış olublar.
 

Yuxarı Tahircal kənd tam orta məktəbinin mövcud vəziyyəti, şagirdlərə verilən təhsilin keyfiyyəti, bu sahədə mövcud problemlərlə yerində maraqlanan icra başçısı gələcək nəslin təlim və tərbiyəsində təhsil işçilərinin, müəllimlərin üzərinə böyük yük və məsuliyyət düşdüyünü qeyd edib.


Yuxarı Tahircal kənd mədəniyyət evinin kollektivi ilə görüşən icra başçısı və Milli Məclisin deputatı Azər Badamov mədəniyyət müəssisəsinin fəaliyyəti ilə tanış olub, kollektivin təkliflərini dinləyib, qayğıları ilə maraqlanıblar. Onlara son aylarda görülən işlər, həyata keçirilən müxtəlif mədəni-kütləvi tədbirlər haqqında məlumat verilib.

Yuxarı Tahircal kənd sakinləri rayon ərazisində həyata keçirilən abadlıq-quruculuq işlərindən razılıqlarını bildirərək vətəndaşlarla mütəmadi olaraq keçirilən görüşlərin müsbət əhəmiyyətindən danışıblar.









Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
1
4
bizim.media

5Mənbələr