AZ

"ABŞ ilə əlaqə saxlayırıq, Rusiyanın da xəbəri var" - Belarus rəsmisi

Belarus ABŞ ilə ayrı-ayrı xidmətlər vasitəsilə əlaqə saxlayır və Rusiyanın bundan xəbəri var.

Teleqraf.com xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenkonun mətbuat katibi Natalya Eysmont bildirib.

“Prezidentimiz artıq bu barədə danışıb – biz ayrı-ayrı xidmətlər arasında kiçik də olsa, əlaqə saxlayırıq. Rusiya da bundan xəbərdardır”, - o deyib.

Mətbuat katibi həmçinin vurğulayıb ki, Belarus Ukraynana ilə də əlaqə saxlayıb.

“Bunun sayəsində, bildiyiniz kimi, Rusiya və Ukrayna arasında hərbi əsir mübadiləsi aparılır”, - o əlavə edib.


Müəllif: Arzu
Seçilən
9
teleqraf.com

1Mənbələr