AZ

Tomas de Vaal İrəvanda Paşinyanla görüşdü

Tomas

Ermənistanın Baş naziri Nikol Paşinyan Beynəlxalq Sülh Uğrunda Karnegi Fondunun nümayəndələri Qaro Paylan, Yucina Rumer və Tomas de Vaalı qəbul edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Paşinyan onların Ermənistana səfərini, fondun regiona marağını alqışlayıb və bir sıra sualları cavablandırıb.

Xüsusilə, Ermənistan və Azərbaycan arasında sülh prosesi, sərhədlərin delimitasiyası, regional kommunikasiyaların açılması imkanları və bu kontekstdə Ermənistan tərəfindən hazırlanmış “Sülh qovşağı” layihəsi, o cümlədən Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşdırılması məsələlərinə toxunulub.

Beynəlxalq əhəmiyyətli digər mövzular ətrafında da fikir mübadiləsi aparılıb.

Seçilən
8
1
xalqcebhesi.az

10Mənbələr